Pensiya hüququ yaranmış 143 vətəndaşa əmək pensiyası təyin edilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu iyul ayında da nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmiş, əmək pensiyaçılarına pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmişdir.

16.08.19 14:58

Ardını oxu...


 

1 oktyabr 2019-cu il tarixindən etbarən minimum pensiya 200 manat olacaq

PDF faylını alÇapE-poçt

Ölkə başçısı cənab İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

15.08.19 14:52

Ardını oxu...

   

Muxtar respublikada pensiya və müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

PDF faylını alÇapE-poçt

Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların vaxtında yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur.

09.08.19 15:08

Ardını oxu...

   

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilmişdir

PDF faylını alÇapE-poçt

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun həyata keçirilir.

22.07.19 16:17

Ardını oxu...

   

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun iclas zalında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

PDF faylını alÇapE-poçt

Tədbirin əsas məqsədi Dövlət Sosial Müdafiə Fondunda mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun aparat rəhbəri Rafiq Novruzov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini və mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.

22.07.19 16:01

Ardını oxu...

   

Səhifə 1 > 13-dən

Joomla 1.5