Muxtar respublikada pensiyalar müasir üsullarla ödənilir

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikasi Dövlət sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, pensiyaçıların ərizələri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikasi Dövlət sosial Müdafiə Fondunun şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri Arasında müqavilələr imzalanıb suni ipek. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyaları vaxta və vəsaitə qənaət edərək kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər. Bunun üçün kənd yerlərində yaşayan pensiyaçılar istədikləri haldaNaxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələrinə ərizə ilə müraciət edə bilərlər.

Həmçinin pensiyaları pensiyalarını plastik kartlarla bankaomatlar vasitəsi ilə ala bilirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarılarına pensiyaların plastik kartlarla bankomatlar vasitəsi ilə ödənilməsini “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və muxtar respublikada fəaliyyət göstərən kazı bankları vasitəsilə həyata keçirir.

Bu gün pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi UCUN pensiyaların həm plastik kartlarla, həm də pensiyaçıların ərizələrinə əsasən yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə təşkil edilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat xidməti

Joomla 1.5