Şərur rayon Təhsil şöbəsində sığortaolunanlarla maarifləndirici tədbir keçirilmişdir.

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işləri həyata keçirmişdir. Belə ki, 08 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən Şərur rayon Təhsil şöbəsində “Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir”adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri Şərur rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tağı Abbasov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxış edərək qeyd etmişdir ki, istər məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasında proqnoz tapşırıqlara əməl edilməsində, istər əmək pensiyalarının və məcburi dövlət sosial sığorta üzrə müavinətlərin vaxtında əhaliyə çatdırılmasında, istərsə də rayonda yeni əmək fəaliyyətinə başlayan  sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin edilməsində və sığortaolunanların fərdi uçotunun aparılmasında şöbə tərəfindən bütün işlər mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada həyata keçirilir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.
Tədbirdə həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların  maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbirdə Şərur rayon Təhsil şöbəsinin müdiri Tuncay Cəfərov və Fondun Şərur rayon şöbəsini müdiri Elnur Əhmədov tərəfindən yeni əmək fəaliyyətinə başlayan təhsil işçilərinə sosial sığorta şəhadətnamələri təqdim edilmişdir.
Məlumat üçün bildirilir ki, Fondun Şərur rayon şöbəsi tərəfindən ümumilikdə Şərur rayonunda yeni əmək fəaliyyətinə başlayan 312 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Bunlardan 102 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 165 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar,  48 nəfər isə  fiziki şəxslər olmuşdur. Nəticədə rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 44158 nəfərə çatmışdır.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5