283 pensiyaçı əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən alır

PDF faylını alÇapE-poçt

Sığorta-pensiya sistemində həyata keçirilən müasir metodlardan biri də pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında müqavilələr imzalanıb.
Muxtar respublikada pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsinin tətbiqi nəticəsində pensiyaların əhaliyə çatdırılmasında mövcud olan  bir çox problemlər aradan qaldırılıb. Nəticədə kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. Bunun üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika üzrə 7 rayon filialı və 175 poçt məntəqəsi ilə əhaliyə xidmət göstərir. Muxtar respublikada 2018-ci ilin 9 ayı ərzində 283 pensiyaçı əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən alır. Şərur rayonunda 59, Babək rayonunda 34, Sədərək rayonunda 14, Ordubad rayonunda 27, Culfa rayonunda 51, Şahbuz rayonunda 59, Kəngərli rayonunda isə 39 nəfər əmək pensiyaçısının pensiyası poçt bölmələri vasitəsilə ödənilib.
Kənd yerlərində yaşayan pensiyaçılar  bundan sonra da istədikləri halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5