Əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Muxtar Respublikada vətəndaşlara pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatını, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, habelə pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün  mütəmadi olaraq tədbirlər görür. Bu tədbirlərin davamı olaraq 2018-ci ilin dekabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırılmışdır. Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülməklə, yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla pensiyaçıların plastik kartlarına və poçt şöbələri vasitəsi ilə unvanlarına köçürülmüşdür. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və  poçt ünvanlarına müavinətlərin ödənilməsi üçün vəsait köçürülmüşdür.
Həmçinin Muxtar Respublikada pensiyaçılara pensiya ödənişinin  rahat şəkildə çatdırılmasını təmin etmək məqsədilə işlər görülür. Belə ki, pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların həm plastik kartlarla, həm də kənd yerlərində yaşayan pensiyaçıların ərizələrinə əsasən yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə təşkil edilmişdir. Pensiyaların plastik kartlarla bankomatlar vasitəsi ilə ödənilməsi sistemi ilə əmək pensiyaçıları istənilən zaman öz pensiyalarını daha sürətli və daha rahat şəkildə almaq imkanı əldə edirlər. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların ərizələri nəzərə alınmaqla pensiyalarını vaxta və vəsaitə qənaət edərək kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar.
Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondu bundan sonrada pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi işlərini davam etdirəcək, pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün  müvafiq tədbirlər həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun Mətbuat xidməti

Joomla 1.5