Pensiya və müavinətlər vaxtında ödənilir

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu noyabr ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, pensiyaçıların şəxsi hesablarına 11 milyon 485 min manat köçürülmüşdür.
Fond muxtar respublika ərazisindəki təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərdən qanunvericiliyə müvafiq qaydada məcburi dövlət sosial sığorta haqlarının yığılması üçün mütəmadi olaraq işlər görmüşdür. Ötən ay fondun gəlirləri 4 milyon 479 min manat proqnoza qarşı 6 milyon 173 min manat həcmində yerinə yetirilmiş, proqnoz tapşırıqlara 137,8 faiz əməl olunmuş, nəzərdə tutulan məbləğdən 1 milyon 694 min manat çox vəsait yığılmışdır. Hesabat ayında muxtar respublikada 174 min manat işsizlik sığortası toplanılmış və qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta fondunun hesabına köçürülmüş, pensiya hüququ yaranmış 95 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan pensiyaçılardan 29-u yaşa, 19-u əlilliyə, 47-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur.
“Dövlət sosial sığorta sistemində fərdi-uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hesabat dövründə fərdi uçot sistemində işlər davam etdirilmiş, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını diqqətdə saxlanmışdır.

Naxçıvan   Muxtar  Respublikası  Dövlət         
Sosial Müdafiə Fondunun mətbuat xidməti

Joomla 1.5