Tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı ilə maarifləndirici tədbir keçirilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatında tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Vüsal Sevdimaliyev görüşün məqsədi və mahiyyəti haqqında ətraflı məlumat vermişdir. Fondun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov sosial sığortanın əhəmiyyəti haqqında bəhs edərək qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının maliyyələşdirilməsi üçün əsas mənbədir və əmək pensiyalarının məbləği biləvasitə ödənilən sosial sığorta haqqının məbləğindən asılıdır. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Tikintisahəsində fəaliyyət göstərən fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını vəödənilməsini təmin etməlidirlər. Ödənilən məcburi dövlət sosial sığorta haqları eyni zamanda fərdi şəxsi hesablara toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır. Həmçinin bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm Fondun internet səhifəsində onlayn ödəmə bölməsinə daxil olmaqla plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödəniş yolu ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilərlər. Əli Həsənov çıxışının sonunda məcburi dövlət sosial sığorta haqları vaxtında və düzgün ödənilmədiyi təqdirdə qanunvericiliyə əsasən tətbiq olunan maliyyə sanksiyaları haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Fondun Fərdi uçot şöbəsinin baş məsləhətçisi Elçin Səfərov çıxış edərək bildirmişdir ki, fərdi uçot sisteminin  formalaşdırılmasında əsas məqsədödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Fərdi uçot sisteminin əsas məqsədlərindən biri də sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da öz növbəsində sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir.Həmçinin bildirilib ki, dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsilə məsuliyyət müəyyən edilmişdir. Müəyyən olunmuş müddətdə sığortaedənlər sığortaolunanların fərdi uçot sistemində uçota alınmasını təmin etmədikdə onlara yazılı xəbərdarlıq edilir. Xəbərdarlıqda göstərilən müddət ərzində qanun pozuntusu aradan qaldırılmadıqda sığortaedənə cərimə tətbiq edilir. Əgər Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən sığortaedənlərdə fərdi uçot sistemində uçota alınması təmin edilmədən bir aydan çox fəaliyyət göstərən sığortaolunan aşkar olunarsa, sığortaedənlərə cərimə tətbiq edilir.
Tədbirin sonunda Fondun Audit sektorunun müdiri İslam Hüseynov tərəfindən görüş iştirakçıları Hikmət Həziyev, Vüqar Məmmədov, Arif Quliyev və başqalarının sualları ətraflı cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Joomla 1.5