Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əsgərlərə bayram sovqatı aparmışdır

PDF faylını alÇapE-poçt

2018-ci il dekabr ayının 28-də Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Naxçıvan” əlahiddə sərhəd diviziyasının “N” saylı zastavasına bayram sovqatı aparılmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev bildirmişdir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənmiş, xalqımızın milli şüurunun formalaşmasına nail olunmuş və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilmişdir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən Əli Quliyev sərhədlərimizin keşiyində daim ayıq-sayıq dayanan əsgər və zabitləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir.
Hərbi hissənin əsgəri Mehdizadə Rüfət çıxış edərək hərbi hissədə yaradılan hər cür şəraitə görə hərbi hissənin kollektivi adından muxtar respublika rəhbərliyinə dərin minnətdarlığını bildirmiş, hərbi hissədə keçirilən bu cür tədbirlərin sərhəddə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynadığını qeyd etmişdir.

Naxçıvan Muxtar Respubilkası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5