Proqnoz tapşırıqlar artıqlaması ilə yerinə yetirilib

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsinin kollektivi 2018-ci ili uğurla başa vurub. Ötən il rayon ərazisində fəaliyyət göstərən hüquqi şəxslərin, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə tam qeydiyyata alınması istiqamətində işlər davam etdirilib.
2018-ci il ərzində şöbə tərəfindən hüquqi şəxslərdən, fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərdən və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərdən 1 milyon 886 min 530 manat məcburi dövlət sosial sığorta haqqı yığılaraq proqnoz tapşırığa 143,6 faiz əməl olunmuşdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 944 min manat proqnoz tapşırığa qarşı 1 milyon 268 min 150 manat vəsait daxil olmuşdur, bu da nəzərdə tutulan məbləğdən 324 min 150 manat yaxud 34,3 faiz çoxdur. Qeyri-büdcə təşkilatlarından 370 min manat proqnoz tapşırığa qarşı 618 min 380 manat vəsait daxil olmuşdur, bu da  nəzərdə tutulan məbləğdən 248 min 380 manat, yaxud 67,1 faiz çox olmuşdur. Özəl sektordan  348 min 190 manat vəsait toplanmışdır ki, bu da 12,9 faiz artım deməkdir.
2018-ci il yanvar ayından qüvvəyə minmiş işsizlikdən sığorta haqlarının yığılması işi təmin edilmiş, il ərzində 71 min 480 manat işsizlikdən sığorta haqqı yığılaraq müvafiq orqanın hesabına ödənilməsi təmin olunmuşdur.
Hesabat dövrü ərzində 6 min 782 min 498 manat vəsait pensiyanın, 171 min 105 manat isə  müavinətin ödənişinə ayrılmışdır. Pensiyaçılara ödənişlər əsasən plastik kartlar vasitəsilə ödənilsə də, bu günə kimi Kəngərli rayonunda 42 pensiyaçı əmək pensiyasını kəndlərdə yerləşən poçt bölmələrindən alır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ümumilikdə 77 nəfərə, o cümlədən yaşa görə 36 nəfərə, əlilliyə görə 12 nəfərə,  ailə başçısını itirməyə görə isə 29 nəfərə yeni pensiya təyin olunmuşdur.
İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədəkar əmiyə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncamın icrası ilə əlaqədar qeyd olunan kateqoriyadan olan 44 nəfərə birdəfəlik müavinət ödənilib.
Qeyd edilən dövr ərzində şöbəyə müraciət edən vətəndaşlarla iş daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, müraciət edən vətəndaşların sualları yerində cavablandırılmış, həmçinin sosial-sığorta və pensiya qanunvericiliyinin tələbləri onlara izah edilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi vətəndaşlara pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işəri bundan sonra da səylə davam etdirəcəkdir.

 

Naxçıvan Muxtar Respubilkası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5