Muxtar respublikada pensiya və müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

PDF faylını alÇapE-poçt

Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların vaxtında yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. İqtisadi sahədə qazanılmış nailiyyətlər sosial müdafiə tədbirlərinin dəəhatə dairəsiningenişlənməsinə vəkeyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir.Əhalinin həssas qrupuna daxil olan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi ilə bağlı qəbul edilmiş qərarların muxtar respublikamızda da müvəffəqiyyətlə icrası daim diqqət mərkəzində saxlanılır. Onlara göstərilən xidmətlərin operativliyinin təmin olunması, bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tədbiq edilir.
Yaradılmış əlverişli şəraitdən bəhrələnərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında da pensiyaların maliyyələşdirilməsi sahəsində işləri vaxtından əvvəl başa çatdırmışdır. Görülmüş tədbirlər nəticəsində avqust ayının 9-na müqəddəs Qurban bayramı ərəfəsində bütün növ əmək pensiyalarına pensiyaların ödənilməsi tam təmin olunmuşdur. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraqpoçt bölmələri vasitəsiləödənilmişdir.Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtlı-vaxtında maliyyələşdirilir.
Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcək.


Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat xidməti

Joomla 1.5