Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun iclas zalında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

PDF faylını alÇapE-poçt

Tədbirin əsas məqsədi Dövlət Sosial Müdafiə Fondunda mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun aparat rəhbəri Rafiq Novruzov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini və mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov “Dövlət Sosial Müdafiə Fondunda mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi, fövqəladə hallara hazırlıqla bağlımüəyyən olunmuş tələblərin yerinə yetirilməsi” qaydaları haqqında iştirakçılara məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazından zəhərlənmə təhlükəsi haqqında, eyni zamanda mövsümlə əlaqədar olan istivurma, günvurma, çimərliklərdə təhlükəsizlik və davranış qaydaları haqqında tədbir iştirakçılarına dolğun məlumat verib.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat xidməti

Joomla 1.5