Muxtar Respublikada 4323 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunmuşdur

PDF faylını alÇapE-poçt

Muxtar Respublikada 4323 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunmuşdur

Muxtar respublika rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində  Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının dinamik inkişafı nəticəsində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilən məcburi dövlət sosial sığorta haqları artmış və sosial sığorta sisteminin sürətli inkişafına zəmin yaradılmışdır. Muxtar respublikamızda mütərəqqi beynəlxalq standartlara uyğun şəkildə qurulmuş  müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemində 2017-ci ilin ötən dövrü ərzində 4323 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunana sosial sığorta şəhadətnaməsi verilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi üzrə 2059 nəfərə, Şərur rayon şöbəsi üzrə 826 nəfərə, Babək rayon şöbəsi üzrə 534 nəfərə, Sədərək rayon şöbəsi üzrə 29 nəfərə, Ordubad rayon şöbəsi üzrə 329 nəfərə, Culfa rayon şöbəsi üzrə 262 nəfərə, Şahbuz rayon şöbəsi üzrə 106 nəfərə, Kəngərli rayon şöbəsi üzrə 178 nəfərə sığorta şəhadətnaməsi verilmişdir. Nəticədə, muxtar respublikada fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 168823 nəfərə çatmışdır.

Naxçıvan  Muxtar Respublikasının  Elektron  Hökumət  Portalına   (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər Sığortaolunanın onlayn uçota alınması elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

 

Naxçıvan   Muxtar  Respublikası

DövlətSosial Müdafiə Fondunun

mətbuat xidməti


 

Səhifə 12 > 12-dən

Joomla 1.5