Naxçıvan şəhərində yeni əmək fəaliyyətinə başlayan 763 nəfərə sosial sığorta şəhadətnaməsi verilmişdir

PDF faylını alÇapE-poçt

Muxtar respublika rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində  Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmış, sosial sığorta sisteminin sürətli inkişafına zəmin yaradılmışdır. Muxtar respublikada beynəlxalq standartlara uyğun şəkildə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemi görülən tədbirlər nəticəsində daha da genişlənmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta

Belə ki, Naxçıvan şəhər şöbəsi tərəfindən yeni əmək fəaliyyətinə başlayan 763 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişlər. Bunlardan277 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 375 sığortaolunan özəl müəssisələrdə çalışanlar, 111 sığortaolunan isə  fiziki şəxslər olmuşdur. Nəticədə Naxçıvan şəhərində sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 43555 nəfərə çatmışdır.
Naxçıvan  Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması”  elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun
Mətbuat Xidməti

Joomla 1.5