Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə

PDF faylını alÇapE-poçt

Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə
Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N

Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublika Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri:                                                    VASİF TALIBOV

 

Naxçıvan şəhəri,  02 yanvar 2004- cü il

№ 117- II FR

 

Naxçıvan   Muxtar   Respublikası  Ali  Məclisi

Sədrinin 2004-cü il 02 yanvar tarixli 117-II FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

NAXÇIVAN MUXTAR RESPUBLİKA DÖVLƏT

SOSİAL MÜDAFİƏ FONDU HAQQINDA

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavə olunan müavinətlər əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Fond  öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni, həmçinin müvafiq normativ hüquqi aktları rəhbər tutur.

3. Fond  özünün yerli orqanları ilə birlikdə Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığortasının idarə edilməsinin vahid sistemini təşkil edir.

4. Fond  öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir.

5. Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti Fondun vahid sistemində cəmləşdirilir.

6. Fond  və onun yerli orqanları müstəqil balansa, banklarda hesablara, dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malik olan hüquqi şəxsdir.

7. Fond  Naxçıvan şəhərində yerləşir.

II. Fondun əsas vəzifələri

8. Fondun əsas vəzifələri aşağıdakılardır:

8.1. Dövlətin sosial sığorta  və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.2. Qanunvericilikdə   nəzərdə tutulmuş qaydada Fondun büdcə layihəsinin hazırlanmasında və təsdiq olunmuş büdcənin icrasında iştirak etmək;

8.3. Təşkilati-hüquqi     formasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərdən Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların fılial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığorta edənlərdən), eləcə də sığortaolunanlardan qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək;

8.4. Öz  səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavə olunan müavinətlər əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

8.5. Məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına bütün pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin əmək pensiyaları maliyyələşdirilməsini həyata keçirmək;

8.6. Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclərin maliyyələşdirilməsini təmin etmək:

8.6.1. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək (sosial sığorta) pensiyaları; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyaları;

8.6.2. könüllü    (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr;

8.6.3. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;

8.6.4. hamiləliyə və doğuma görə müavinət;

8.6.5. uşağın anadan olmasına görə birdəfəlik müavinət;

8.6.6. qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

8.6.7. Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;

8.6.8. məşğulluq tədbirlərinin həyata keçirilməsi;

8.6.8. müvafiq Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətləri;

8.6.9. əlillərin sosial müdafiə tədbirlərinin həyata keçirilməsi;

8.6.10. dəfn üçün müavinət;

8.6.11. qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər;

8.7. Dövlət büdcəsindən ayırmalar (transfer) hesabına sosial pensiyaların, aztəminatlı əhaliyə müavinətlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər müavinətlərin maliyyələşdirilməsini həyata keçirmək;

8.8. 8.7. Qanunvericilik çərçivəsində özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;

8.9. 8.8. Sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;

8.10. 8.9. Dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsini təşkil etmək;

8.11. 8.10. İşəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

8.12. 8.11. Sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək;

8.13. 8.12. Pensiya təyin edən orqana, onun sifarişinə əsasən pensiya təyin olunması barədə ərizə vermiş sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək;

8.14. 8.13. Dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar vermək və öz səlahiyyətləri daxilində bununla bağlı normativ aktlar qəbul etmək;

8.13-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.15. 8.14. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

III. Fondun funksiyaları

9. Fond ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1. Fondun növbəti il üçün gəlir və xərclər üzrə proqnoz göstəricilərini təsdiq edir;

9.2. Əhalinin sosial müdafiəsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir;

9.3. Məcburi dövlət sosial sığortasının inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir;

9.4. Məcburi dövlət sosial sığorta vəsaitini idarə edir, pensiyalar və pensiyalara əlavə olunan müavinətlər əmək pensiyaları sahəsində idarəetməni, pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirir;

9.5. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması qaydalarını müəyyən edir;

9.6. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarını müəyyən edir;

9.7. Qanunvericilik çərçivəsində sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət edir;

9.8. Sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir;

9.9. Fondun büdcəsinin icrası haqqında qanunvericiliklə müəyyən olunmuş orqanlardan aylıq, rüblük və illik hesabatlar alır, ümumiləşdirir və onları aidiyyatı orqanlara təqdim edir;

9.10. Sığortaolunana dövlət sığorta şəhadətnaməsi verir;

9.11. Müəyyən  edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır;

9.12. Kadrların  ixtisasının artırılması üzrə müvafiq tədbirlər həyata keçirir;

9.12. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması əlavə təhsili  üçün tədbirlər görmək;

9.13. Qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində aid məsələlər üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

9.14. Fondun yerli orqanlarında işin təşkilinə metodiki və əməli köməklik göstərir, işdəki qabaqcıl təcrübəni öyrənir və yayır;

9.15. Fondun orqanlarında kompüter məlumat sistemlərinin yaradılması üçün tədbirlər həyata keçirir;

9.16. Maliyyə vəziyyəti müvəqqəti pisləşmiş sığortaedənlərə məcburi dövlət sosial sığorta ödəmələrinin verilməsinə yardım edir;

9.17. Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

IV.Fondun hüquqları

10. Fond öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. Bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək;

10.2. Öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta haqlarının yığılması, habelə qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən xərclərin maliyyələşdirilməsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər normativ sənədlər işləyib hazırlamaq və təsdiq etmək;

10.3. Məcburi    dövlət sosial sığortası, pensiyalara və pensiyalara əlavə olunan müavinətlərə əmək pensiyaları dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

10.4. Pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin əmək pensiyaları təyin edilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək;

10.5. Sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;

10.6. Öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;

10.7. Qanunvericiliyə   uyğun olaraq məcburi dövlət sosial sığorta qaydalarını pozmağa görə sığortaedənlərə maliyyə sanksiyaları tətbiq etmək;

10.8. Məcburi    dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair qanunvericiliyə uyğun tədbirlər görmək;

10.9. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmələrdə iddia qaldırmaq;

10.10. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərdən və fərdi sahibkarlardan Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlardan, onların fılial və nümayəndəliklərindən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərdən məcburi dövlət sosial sığortasına aid olan məlumatları və sənədləri tələb etmək;

10.11. Qanunvericiliyə müvafiq olaraq maliyyə sanksiyalarının tətbiqı nəticəsində əldə edilən vəsaitin işçilərin maddi həvəsləndirilməsinə və Fondun maddi-texniki bazasının inkişaf etdirilməsinə yönəldilən hissəsinin xərclənməsi istiqamətlərini müəyyəıı etmək;

10.12. Fondun  yerli orqanlarından görülmüş iş barədə hesabat almaq, onların fəaliyyətini təhlil və müzakirə etməklə müvafiq qaydada aidiyyatı üzrə qərar qəbul etmək;

10.13. Fondun  büdcəsi layihəsinin hazırlanması üçün aidiyyatı dövlət orqanlarından zəruri sənədləri və məlumatları almaq;

10.14. İşəgötürənlərdən və sığortaolunanlardan dövlət sosial sığorta sistemində fərdi üçot qanunvericiliyində müəyyən edilmış məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

10.15. İşəgötürənin , eləcə də fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fıziki şəxsin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

10.16. İşəgötürənin fərdi uçot qaydalarnı pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərini tətbiq etmək;

10.17. Fondun  büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər üzrə aidiyyəti orqanlardan hesabatlar almaq;

10.18. Qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində icrası məcburi olan əmr və sərəncamlar vermək;

10.19. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V.Fondun fəaliyyətinin təşkili

11. Fondun fəaliyyətinə Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan sədr rəhbərlik edir.

11-1. Fondun strukturu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir. Fondun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Fondun sədrinin Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

13. Fondun sədri:

13.1. Fondun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. Fondun səlahiyyətlərinə aid olan məsələlər üzrə Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədrinə və Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinə təkliflər təqdim edir;

13.3. Fondun illik büdcəsində mərkəzi aparatın və onun yerli orqanlarının xərclər smetasını və ştat cədvəllərini təsdiq edir;

13.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və Fondun illik büdcəsində Qanunla təsdiq olunmuş saxlanma xərcləri həddində onların xərclər smetasını təsdiq edir;

13.4. Fondun mərkəzi aparatının struktur bölmələrinin və yerli orqanlarının əsasnamələrini təsdiq edir;

13.4. Fondun aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

13.5. Qanunvericiliklə müəyyən olunmuş qaydada Fondun maliyyə vəsaitinə və əmlakına dair sərəncam verir;

13.6. Sədr müavininin, mərkəzi aparatın struktur bölmələrinin və həmçinin Fondun vahid sisteminə daxil olan idarə və şöbələrinin rəhbərlərinin məsuliyyət dairəsini müəyyənləşdirir;

13.7. Fondun mərkəzi aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

13.8. Fondun yerli orqanlarının rəhbərlərinin və işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri daxilində həll edir;

13.9. Qanunvericiliklə müəyyn olunmuş qaydada işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini həyata keçirir;

13.10. Dövlət    və bələdiyyə orqanlarında, ictimai təşkilatlarda, məhkəmələrdə, habelə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarda Fondu təmsil edir. Fondun adından vəkalətnaməsiz çıxış edir və vəkalətnamələr verir;

13.1l. Qanunvericiliyə uyğun olraraq digər səlahiyyətləri həyata keçirir.

14. Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri hər il qanunvericiliklə müəyyn olunmuş qaydada məcburi dövlət sosial sığortası vəsaiti hesabına maliyyələşdirilir.

15. Fondda sədrdən (kollegiyanın sədri), vəzifəyə görə onun müavinindən, Fondun mərkəzi aparatının və yerli orqanlarının rəhbər işçilərindən ibarət olan və Naxçıvan Muxtar Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilən kollegiya (cəmi 5 nəfər) yaradılır.

16. Kollegiya öz iclaslarında Fondun əsas vəzifə və funksiyalarına aid məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

17. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir və protokol formasında rəsmiləşdirilir. Səslər bərabər bölündükdə kollegiya sədrinin səsi həlledici hesab edilir.

18. Kollegiyanın qərarları bir qayda olaraq Fondun sədrinin əmrləri ilə həyata keçirilir.

19. Kollegiyanın sədri ilə kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda Fondun sədri öz qərarını həyata keçirir və kollegiyadakı fikir ayrılığı barədə Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinə məlumat verir.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 1. 26 dekabr  2006-cı il tarixli 53-III FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13200612260053 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 noyabr 2012-ci  il)
  2. 2. 13 mart  2007-ci il tarixli 62-III FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13200703130062 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 noyabr 2012-ci  il)
  3. 3. 12 aprel  2007-ci il tarixli 64-III FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13200704120064 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 noyabr 2012-ci  il)
  4. 4. 18 mart  2008-ci il tarixli 116-III FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13200803180116 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyun 2012-ci  il)
  5. 5. 01 dekabr  2008-ci il tarixli 142-III FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13200812010142 , Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyun 2012-ci  il)
  6. 6. 26 dekabr  2009-cu il tarixli 186-III FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13200912260186, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 may  2012-ci  il)
  7. 7. 28 fevral  2011-ci il tarixli 10-IV FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201102280010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2012-ci  il)
  8. 8. 12 mart  2011-ci il tarixli 12-IV FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201103120012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2012-ci  il)
  9. 9. 20 noyabr  2012-ci il tarixli 75-IV FR nömrəli Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin  Fərmanı ( Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201211200075, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 noyabr 2012-ci  il)

Joomla 1.5