İşsizlikdən sığorta üzrə rüblük hesabatın təsdiq edilməsi barədə

PDF faylını alÇapE-poçt

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

Q Ə R A R

 

№ 18-2

Bakı şəhəri                                                                                                     20 dekabr 2017-ci il

İşsizlikdən sığorta üzrə rüblük hesabatın təsdiq edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun 6.2.11.-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

1. “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ın forması təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (Z.Babayev) tapşırılsın ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə düşən bütün sığortaedənləri işsizlikdən sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmasının və bu barədə Dövlət Sosial Müdafiə Fonduna “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ın məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim olunmasının onların vəzifələrinə aid edildiyi barədə məlumatlandırılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il 28 fevral tarixli 11/7-32 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

 

 

Kollegiyanın sədri                                                                                        Səlim Müslümov

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 18-2 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

İŞSİZLİKDƏN SIĞORTA ÜZRƏ RÜBLÜK HESABAT

 

 

 

 

 

 

 

Sığortaedənin adı

 

 

Sığortaedənin DSMF-də uçot nömrəsi (SUN)

 

 

Sığortaedənin VÖEN-i

 

 

Hesabat dövrü

 

 

Hesabatın statusu

 

 

Hesabatın təqdim edildiyi tarix

 

 

 

 

 

manatla

 

RÜB

1-ci AY

2-ci AY

3-cü AY

 

İŞSİZLİKDƏN SIĞORTA HAQQINA CƏLB OLUNAN ƏMƏYİN ÖDƏNİŞİ FONDU[1]

1

tarif (vəzifə) maaşı

2

əmək haqqına əlavə

3

mükafat

4

İşçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə bağlı olan digər ödənişlər

 

 

HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ QALIQ

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ HESABLANMIŞDIR

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı, cəmi

 

 

 

 

1.1.

sığortaedən hesabına hesablanmış əməyin ödənişi fonduna nisbətdə işsizlikdən sığorta haqqı

 

 

 

 

1.2.

sığortaolunanın (işçinin) hesabına hesablanmış əməkhaqına nisbətdə işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ ÖDƏNİLMİŞDİR

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı, cəmi

 

 

 

 

1.1.

sığortaedən hesabına hesablanmış əməyin ödənişi fonduna nisbətdə işsizlikdən sığorta haqqı

 

 

 

 

1.2.

sığortaolunanın (işçinin) hesabına hesablanmış əməkhaqına nisbətdə işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

GERİ ALINMIŞDIR

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

SİLİNMİŞDİR

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

DONDURULMUŞDUR

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

HESABAT DÖVRÜNÜN SONUNA QALIQ

 

 

 

 

1.

işsizlikdən sığorta haqqı

 

 

 

 

2.

inzibati cərimələr

 

 

 

 

3.

digər mənbələr

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabatı təqdim edənin adı, soyadı, atasının adı

 

 

Hesabatı təqdim edənin imzası

 

 

Hesabatı qəbul edənin adı, soyadı, atasının adı

 

 

Hesabatı qəbul edənin imzası

 

 

 

 

 

 

 

Qeyd: Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim olunur. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 7 fevral 2018-ci il tarixli 3-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 


[1] 7 fevral 2018-ci il tarixli 3-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ın formasına ”Hesabat dövrünün əvvəlinə qalıq” sətrindən əvvəl yeni məzmunda sətirlər əlavə edilmişdir.

 

Joomla 1.5